Onlayn ictimai-siyasi qəzet
ABŞ-la İran arasında eskalasiyanın azalması, İranla Omanın Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə razılaşmaya yaxın olmasına dair məlumatlar dünya neft bazarında əks olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında ötən həftəni 100 dollar ətrafında qiymətlə başa vuran "Brent" nefti bu gün hərraclar başlayanda 6 dollardan çox ucuzlaşaraq 93 dollardan aşağı düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında "WTI" neftinin qiyməti 5 dollar düşərək 85,3 dollar təşkil edir.
Analitiklərə görə, yaxın günlərdə hava zərbələri bərpa olunmazsa, neft qiymətləri 80 dollara qədər azala bilər.
Musavat.com
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ