İnsanlara hürriyət, millətlərə istiqlal!

Müşfiqabadda iri infrastruktur layihəsi barədə MÜHÜM AÇIQLAMA

“Hazırda üzərində çalışılan layihə Müşfiqabad layihəsidir və bu layihə ümumi uzunluğu 17,3 kilometr olan kollektor xəttini əhatə edir”.

Musavat.com xəbər verir ki, bunu “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Müşfiqabad hövzəsi üzrə görülən işlərdən danışan sektor müdiri qeyd edib ki, kollektor xətti bir çox qəsəbəni, eləcə də Xırdalan şəhərini əhatə edir:

“Layihə çərçivəsində bir təmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Bu qurğunun ilkin gücü 75 min kubmetrdir və hazırda tikinti işləri davam etdirilir. Gələcək mərhələlərdə əlavə olaraq daha 75 min kubmetrlik tikinti planlaşdırılır. Hazırda kollektor xətti üzrə 7 şaxtada iş aparılır. Onlardan 4-də işlər artıq tamamlanıb, qalan 3 şaxtada isə işlər davam etdirilir. Eyni zamanda texnika şaxtalardan birində yerləşdirilib və qazıntı işlərinə başlanılıb. Ümumilikdə layihənin icra müddəti 3 il olaraq nəzərdə tutulur və işlərin bu müddətdən daha tez başa çatdırılması hədəflənir”.

Afaq Mirayiq
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR