İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə yenidən BAŞLAYIR - İsrail hücuma HAZIRLAŞIR

HƏMAS-ın silahsızlanmaqdan imtina etməsi fonunda İsrail ordusu Qəzza sektorunda yeni quru əməliyyatı planı hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" İsrail və ərəb mənbələrinə istinadən yazır.

Eyni zamanda, HƏMAS müharibə zamanı itirdiyi hərbi potensialı bərpa etməyə çalışır.

Nəşrin məlumatına görə, buna zədələnmiş tunel infrastrukturunun təmiri də daxildir. Bildirilir ki, HƏMAS yeni maliyyə vəsaitləri əldə edib və bu da hərəkatın üzvlərinə müntəzəm ödənişlərin bərpasına imkan verib.

Qəzet həmçinin qeyd edir ki, HƏMAS Qəzza sektorundan kənarda yeni komandirin seçilməsindən sonra silahsızlanma məsələsində mövqeyini dəyişə bilər. Namizədlər arasında silahsızlanmaya qarşı çıxan Xəlil əl-Həyya ilə yanaşı, daha mülayim mövqeyi ilə tanınan Xalid Məşəl də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR