İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan "Taliban"a YÜKSƏK QİYMƏT: Lavrov danışdı

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov "Taliban" hərəkatının nümayəndə heyəti ilə keçirilən görüşdə Əfqanıstandakı mövcud hökumətin fəaliyyətini yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri "Taliban"ın ölkəni "kifayət qədər uğurla" idarə etdiyini və Qərbin ağır sanksiya təzyiqlərinə baxmayaraq, Əfqanıstan iqtisadiyyatının inkişaf etməyə davam etdiyini vurğulayıb.

Lavrov Moskvanın Kabula mülki və təhlükəsizlik sahələrində dəstəyini artırmağa hazır olduğunu bildirib. Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Əfqanıstana "maddi-texniki və ekspert köməkliyi" göstərməyə, habelə xüsusi xidmət və hüquq-mühafizə orqanları xətti ilə birgə təmasları və kəşfiyyat mübadiləsini davam etdirməyə tam hazırdır.

Bununla yanaşı, rusiyalı diplomat yaxın bir-iki ay ərzində Rusiyadan Əfqanıstana növbəti humanitar yardım partiyasının çatdırılacağını elan edib. Moskva regional layihələrin icrasında və Kabulla ticari-iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR