Onlayn ictimai-siyasi qəzet
Moskvada 9 may tarixində mobil internetə çıxış, o cümlədən saytların "ağ siyahısı" və SMS xidmətlərinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi məlumat yayıb.
Nazirlik həmçinin xəbərdarlıq edib ki, birbaşa təhlükə yarandığı təqdirdə cümə axşamı və cümə günləri əlavə "operativ məhdudiyyətlərin" tətbiqi də istisna edilmir.
Hazırda paytaxtda rabitə infrastrukturunun fəaliyyəti xüsusi nəzarətə götürülüb.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ