İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada generalın məclisini dağıdan partlayış – Kiyev cavab verdi

Ukrayna tərəfi Moskvada Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin baş komandanı general Aleksandr Çaykonun ad günü mərasiminin keçirildiyi restoranda baş verən qanlı partlayışla bağlı Rusiyanın ittihamlarına münasibət bildirib.

Musavat.com xəbər verir ki, hadisə avqustun 1-də Moskvadakı “Balzi Rossi” restoranında baş verib. Məlumata görə, həmin gün 55 yaşını qeyd edən general Aleksandr Çayko üçün restoranda tədbir təşkil olunub. Partlayıcı qurğunun restorana hədiyyə qutusu şəklində gətirildiyi və məsafədən işə salındığı bildirilir.

Partlayış nəticəsində ölən və çoxsaylı yaralananların olduğu açıqlanıb. Yaralananlar arasında general Çaykonun 25 yaşlı qızı Mariya Çaykonun da olduğu, onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Generalın kürəkəni Daniil Peredriyanın isə partlayış zamanı həlak olduğu barədə məlumatlar yayılıb.

Rusiya tərəfi partlayışın arxasında “Kiyev terrorçularının” dayandığını bəyan edib.

Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin isə ittihamlara cavab verərək Rusiya tərəfinə əvvəlcə öz güc strukturlarını araşdırmağı məsləhət görüb.

“Priqojinin qiyamından sonra ruslar əvvəlcə öz özəl hərbi şirkətlərini, ordusunu və xüsusi xidmət orqanlarını yoxlasınlar, yalnız bundan sonra başqalarını ittiham etsinlər”, – Litvin bildirib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR