İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev 7 milyard dollarlıq layihələrə start verdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin regionlarından birində ümumi dəyəri 7 milyard dollar olan 47 layihənin icrasına start verib.

Musavat.com prezidentin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu layihələr digər ölkələrlə birgə həyata keçiriləcək.

Məlumat prezidentin ölkənin qərbindəki Qaraqalpaqstan Respublikasına səfərindən sonra açıqlanıb.

Layihələrin siyahısına enerji, sənaye, nəqliyyat, tibb, rəqəmsal iqtisadiyyat və xidmət sahələrində layihələr daxildir. Bölgənin rayonlarından birində Səudiyyə Ərəbistanı ilə birgə 1,5 QVt gücündə külək elektrik stansiyasının tikintisinin aktiv mərhələsi başlayıb. Rəqəmsal valyuta istehsalı və süni intellekt üçün təxminən 2,3 milyard dollar dəyərində məlumat mərkəzlərinin yaradılması layihələri Çin tərəfdaşları ilə birgə həyata keçirilir. Yataqlardan birində 20 milyon dollarlıq qızıl mədən müəssisəsi tikiləcək.

Prezident həmçinin ümumi dəyəri 592 milyon dollar olan 11 yeni müəssisənin açılışını edib. Bunlara ümumi gücü 300 MVt olan iki külək elektrik stansiyası, 100 MVt enerji saxlama sistemi, Səudiyyə Ərəbistanı ilə birgə tikilmiş 27 milyon dollarlıq 100 çarpayılıq xəstəxana və digər layihələr daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR