Onlayn ictimai-siyasi qəzet
Mərakeşdən İspaniyanın Seuta şəhərinə minlərlə miqrantın keçməsi sərhəddə yeni miqrasiya dalğası yaradıb.
Musavat.com xəbər verir ki, Seuta Muxtar İdarəsi ölkədə milli fövqəladə vəziyyət elan edilməsini və ordunun sərhədə yerləşdirilməsini tələb edib.
Bildirilir ki, Mərakeşdən çox sayda miqrant Seuta istiqamətində sərhədi keçərək İspaniya ərazisinə daxil olmağa çalışıb.
İspaniya hökuməti isə Mərakeş hakimiyyətinin sərhədi keçməyə cəhd edən çoxsaylı miqrantların qarşısının alınması üçün əməkdaşlıq etdiyini açıqlayıb.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ