Onlayn ictimai-siyasi qəzet
Yoxlamalara dair yeni qadağa qoyulur.
Musavat.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağandır.
Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ