İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur ukraynalı komandirə SUİ-QƏSD - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 31-də “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı suiqəsd cəhdinin edildiyini bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna dövlət başçısının sözlərinə görə, hücum edən şəxs və onun ehtimal edilən şəriki saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən zəruri prosessual tədbirlər həyata keçirilir.

“Xartiya”nın komandiri İqor Obolenski ilə danışdım. Bu gün İqora qarşı suiqəsd cəhdi edilib. Hücum edən şəxs və onun şəriki saxlanılıb. Lazımi prosessual tədbirlər görülür”, - deyə Zelenski sosial şəbəkə hesabında qeyd edib.

Ukrayna prezidenti baş verənlərə cavab veriləcəyini də vurğulayıb:

“Ukraynaya və ukraynalı komandirə qarşı olan bu zərbə cəhdinə mütləq cavab verəcəyik. İqora xidmətinə görə təşəkkür etdim və işğalçıları daha da güclü vurmağı arzuladım”.

Xatırladaq ki, bir qədər əvvəl - iyulun 15-də Vladimir Zelenski İqor Obolenskiyə Ukraynanın Qəhrəmanı adını verib.

Musavat.com

Зеленский сообщил о попытке покушения на командира «Хартии»

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR