Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış müğənnisi Niran Ünsal saxlanılıb.
O, Bakırköy Cumhuriyyət Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik əməliyyatı çərçivəsində tutulub.
Prokurorluğ tərəfindən aparılan istintaq çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə edilən məlumatlar nəticəsində ictimaiyyətdə məşhur kimi tanınan şəxslərin narkotik maddə istifadə etdiyinə dair əsaslı şübhələrin olduğu müəyyən edilərək əməliyyat keçirilib.
Bu çərçivədə İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24, Muğlada isə 1 ünvan olmaqla ümumilikdə 25 ünvanda, 25 şübhəli şəxsə qarşı əməliyyat aparılıb.
Qeyd edək ki, barəsində saxlanılma qərarı verilən şəxslər arasında yer alan Niran Ünsal (əsl adı Fatma Uludan Canevi) 13 avqust 1974-cü ildə İzmirdə anadan olmuş türk pop və arabesk musiqisi ifaçısı, bəstəkar və mahnı sözləri müəllifidir./Yeni Sabah
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ