Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatası ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara son qoymasını tələb edən qətnamə qəbul edib.
Musavat.com xəbər verir ki, hazırkı prezidentin partiyasının nəzarətində olan Nümayəndələr Palatasının 220 üzvü qətnamənin lehinə, 204 qanunverici əleyhinə səs verib.
Beləliklə, qətnamə qəbul edilib.
Qətnamənin hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır. Bu cür sənədlərdə qanunvericilər öz mövqelərini bildirirlər. ABŞ icra hakimiyyətinin onları qulaqardına vurmaq hüququ var.
ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Lakin son onilliklərdə Amerika liderləri qanunvericilər tərəfindən xaricdə hərbi güc tətbiq etmək, o cümlədən mahiyyət etibarilə yeni əməliyyatlara başlamaq üçün verilən səlahiyyətləri çox geniş şəkildə istifadə ediblər.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ