Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin gələn həftə ABŞ Prezidenti Donald Trampla ilk üzbəüz görüşünü keçirməsi gözlənilir.
Musavat.com The Times qəzetinə istinadən xəbər verir ki, danışıqların 22 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutması planlaşdırılır.
Əsas müzakirə mövzularına Ukrayna, Yaxın Şərq və enerji məsələlərinin daxil olması gözlənilir.
Qəzetin yazdığına görə, Börnhem əvvəllər digər Avropa liderləri ilə birlikdə ABŞ prezidentini Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün tutucu raketlər verməyə inandırmağa ümid etdiyini bildirmişdi. O, iyulun sonlarında vəzifəyə başladığı vaxtdan bəri Trampla iki dəfə telefonla danışıb.
Qeyd edək ki, dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli ümumi siyasət müzakirələri 22-26 sentyabr və 28 sentyabr tarixlərində Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında keçiriləcək.
Musavat.com
16 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ