İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya yardımdan imtina – AfD-dən Almaniya üçün yeni kurs

“Almaniya üçün Alternativ” (AfD) partiyası Rusiya ilə münasibətlərin tam normallaşdırılması üçün bir plan hazırlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, partiya həmçinin ticarətin bərpası və Ukraynaya silah tədarükünün dayandırılmasının tərəfdarıdır.

Konsepsiya artıq partiyanın xarici siyasət üzrə işçi qrupu tərəfindən təsdiqlənib.

Bundestaqdakı AfD parlament qrupunun sədr müavini Markus Fronmayer partiya üzvlərinin vahid mövqeyini açıqlayıb.

Fronmayer bildirib ki, işçi qrupu Almaniyanın milli maraqlarına uyğun realsiya təşkil edən xarici siyasətiin fundamental prinsipləri ilə bağlı fikirlərində tamamilə yekdildir.

Eyni zamanda, partiya ABŞ ilə münasibətlər üçün ayrıca bir konsepsiya hazırlayır.

AfD Donald Tramp dövründə Amerika xarici siyasətinin yenidən istiqamətləndirilməsini alqışlayır. Xüsusilə, partiya Vaşinqtonun keçmişin qlobal müdaxilə siyasətindən imtina etməsini dəstəkləyir.

AfD nümayəndələri həmçinin ABŞ-nin Avropanı "Qərbi Avropa mədəni məkanı" kimi qorumaq istəyini də dəstəkləyirlər.

Sözügedən partiya əyalət seçilərində qalib gəlib deyə artıq AfD yetkililərində belə bir qənaət hasil olub ki, bütün ölkəni öz nüfuz dairələrinə sala və növbəti seçkilərdə ən çox səs qazanan siyasi qüvvə ola biləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR