Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Özgür Özəlin rəhbərlik etdiyi Yeni Partiya qurulmasından iki aya yaxın vaxt keçməmiş ad problemi ilə üzləşib.
Musavat.com xəbər verir ki, Türkiyə Baş Prokurorluğu Yeni Partiyaya partiyanın adının dəyişdirilməsi ilə bağlı bildiriş göndərib. Məsələ Öztürk Yılmazın rəhbərlik etdiyi Yenilik Partiyasının müraciətindən sonra gündəmə gəlib.
Yenilik Partiyası müraciətində “Yeni Partiya” və “Yenilik Partiyası” adlarının bir-birinə həddən artıq bənzədiyini və bunun seçicilər arasında qarışıqlıq yarada biləcəyini bildirib. Müraciətdə “yeni”, “yenilik” və “yenilikçi” sözlərinin türk dilində yaxın məna daşıdığı əsas gətirilib.
Etirazda daha bir mühüm detal göstərilib. 2024-cü il dekabrın 19-da Yüksələn Türkiyə Partiyasının sədri Duyğu Çil Sucuka “Yeni Partiya” adından istifadə etmək istəyib. Lakin həmin vaxt Yenilik Partiyasının etirazından sonra adların oxşarlığı əsas gətirilərək müraciət qəbul edilməyib. Yenilik Partiyası indi həmin qərarın hazırkı Yeni Partiyaya da tətbiq edilməsini istəyib.
Rəsmi siyasi partiyalar reyestrində Yeni Partiya 24 iyul 2026-cı ildə yaradılmış siyasi təşkilat kimi göstərilir və sədri Özgür Özəldir.
Yeni Partiya isə bu gün tələblə razılaşmadığını açıqlayıb. Partiyanın sözçüsü Zeynal Əmrə “Yeni Partiya” ilə “Yenilik Partiyası” adları arasında seçicini çaşdıracaq hüquqi oxşarlığın olmadığını bildirib və “Biz adımızı qoruyuruq” deyib. Partiya rəhbərliyi adını dəyişməyəcəyini və məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin qərarını gözləyəcəyini açıqlayıb.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ