İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aparıcı ən böyük fobiyasından danışdı - VİDEO

Aparıcı Leyla Quliyeva ən böyük fobiyasından bəhs edib. 

Musavat.com xəbər verir ki, aparıcı hündürlük qorxusu olduğunu, reklam çarxına çəkilən zaman paraşütlə tullanaraq bu qorxusundan xilas olduğunu bildirib:

"AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən - Qrız-Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... Hündürlükdən qorxuram. İki-üç fobiyamdan biridir. Maksimalist mənliyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam.

Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi. Həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim".

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR