İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts və Almaniya sağını nə gözləyir? 

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) seçkilərdə tarixi məğlubiyyətlə üzləşib. Nəticələrdən sonra kanslerin öz partiyası daxilində təzyiq altında qaldığı bildirilir.

Musavat.com xəbər verir ki, Meklenburq-Ön Pomeraniya əyalətindəki seçkilər artıq Mertsin siyasi mövqeyini ciddi şəkildə zəiflədib.

İlkin rəsmi nəticələrə görə, CDU cəmi 4,9 faiz səs toplayıb və 5 faizlik baryeri keçə bilməyib. Bununla da partiya tarixində ilk dəfə Almaniyanın hər hansı əyalət parlamentində təmsil olunmaq hüququnu itirib. Seçkilərdə AfD isə 38,2 faizlə birinci yeri tutub.

“Bloomberg”in yazdığına görə, seçkidən sonrakı günlər Mertsin Almaniyaya və partiyasına rəhbərliyini davam etdirib-etdirməyəcəyi baxımından mühüm ola bilər. Agentlik CDU daxilində kanslerin dəyişdirilməsini istəyən səslərin artdığına diqqət çəkir.

Mənbə partiyanın məğlubiyyətinin səbəbləri sırasında Almaniya iqtisadiyyatında uzun müddətdir davam edən durğunluğu da göstərir. CDU daxilində bəzi siyasətçilərin Mertsin rəhbərliyinin partiyaya daha çox zərər vura biləcəyindən narahat olduğu bildirilir.

Merts özü nəticəni “fəlakət” adlandırıb. Bununla belə, kansler istefa vermək niyyətində olmadığını və siyasi kursunu davam etdirəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR