Onlayn ictimai-siyasi qəzet
"Husilər Səudiyyə Ərəbistanına hücumları genişləndiriblər, Məkkə ilə Mədinə kimi şəhərlərin hava məkanlarında dronlar uçuşur. Husilərin Səudiyyə Ərəbistanının enerji strukturlarını hədəf alacağı istisna deyil".
Bu barədə Musavat.com-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, öz növbəsində Səudiyyə Ərəbistan husilərin mövqelərinə zərbələrini davam etdirir. Onun fikrincə, tərəflər bir-birlərinə qarşı quru əməliyyatlar keçirməyi də planlaşdıra bilər.

Elxan Şahinoğlu bildirib ki, ABŞ, Pakistan və Türkiyə Səudiyyə Ərəbistanını hərbi texnika ilə təchiz edə bilsələr də, husilərlə savaşmağa hazır deyillər: “Belə vəziyyətdə Səudiyyə Ərəbistanı ancaq öz gücünə arxalanmalıdır. Bu arada, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və bir sıra Yaxın Şərq ölkələrinə səfərlə bağlı xəbərdarlıq səviyyəsini artırıb. Səudiyyə Ərəbistanı husilərlə mübarizə apararkən, Ər-Riyadın Çinlə bağlı qərarı diqqət çəkib. Ər-Riyad mərkəzi banklar arasında birbaşa transsərhəd ödənişləri həyata keçirmək və dollardan asılılığı azaltmaq məqsədilə Çinin rəhbərliyi ilə yaradılan “mBridge” beynəlxalq ödəniş platforması layihəsindən çıxıb. Bu platformaya 2024-cü ildə qoşulan Səudiyyə Ərəbistanı layihədə cəmi iki il iştirak edib”.
Xalidə Gəray
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ