İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehin "Labirint"i təqdim etdi

Müğənni Mehin Hümbətova yeni işi “Labirint”i dinləyicilərin ixtiyarına verib.

Musavat.com xəbər verir ki, mahnının musiqisi Kazim Cana, sözləri isə OGB-yə məxsusdur. Bəstənin aranjemanını da Kazim Can hazırlayıb.

Layihənin artist prodüseri Hacı Nazim Məmmədov, artist meneceri isə Fərhad Rzayevdir.

“Labirint” mahnısına çəkilən ekran işinin rejissorları ZEYN və İlaha Məhərrəmdir. Klipdə Mehin Hümbətova fərqli məkan və obrazlarda kamera qarşısına keçərək vizual baxımdan diqqətçəkən performans sərgiləyib. Ekran işində sənətçini Pro Dance Show rəqs kollektivi müşayiət edib.

Layihənin PR və media meneceri isə Elvin Elxandır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR