İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro böyük-böyük danışdı, Tramp cavabını bir paylaşımla belə verdi

Venesuelada baş verənlər artıq sadəcə siyasi ritorika və qarşılıqlı bəyanatlar müstəvisindən çıxaraq açıq güc nümayişi mərhələsinə keçib.

Musavat.com xəbər verir ki, Donald Tramp tərəfindən paylaşılan videoda əvvəlcə Nikolas Maduronun xalqa müraciəti, dərhal ardınca isə Karakasın bombalanmasını əks etdirən kadrlar yer alır.

Videonun ilk hissəsində Maduro Venesuelaya qarşı artan təzyiqləri “imperialist hücum” kimi təqdim edir, ABŞ-ı ölkənin suverenliyinə qarşı açıq təcavüzdə ittiham edir. O, xalqı sakitliyə çağırır, ordunun vəziyyətə nəzarət etdiyini bildirir, Venesuelanın təslim olmayacağını və diz çökdürülməyəcəyini vurğulayır. Maduronun çıxışı klassik siyasi ritorika üzərində qurulub: müqavimət, suverenlik və xarici düşmən obrazı.

Lakin bu sözlər ekranda çox qalmır.

Maduronun çıxışından dərhal sonra video kəskin şəkildə dəyişir və Karakas üzərində endirilən hava zərbələri, partlayışlar, işıqlanan səma və hərbi əməliyyat görüntüləri göstərilir. Trampın paylaşımı açıq mesaj daşıyır: bəyanatlara cavab sözlə deyil, güclə verilir.

Ən sensasion məqam isə prosesin real nəticəsi ilə bağlıdır. ABŞ-ın Karakasa birbaşa müdaxiləsi çərçivəsində Amerika xüsusi təyinatlı qüvvələri tərəfindən Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq nəzarət altına alınıb. Beləliklə, video təkcə informasiya və psixoloji təsir vasitəsi deyil, artıq başa çatmış əməliyyatın vizual təsdiqi kimi təqdim olunur.

Ortaya çıxan mənzərə açıqdır: Maduro tribunadan “böyük-böyük” danışdığı anda belə, proseslər artıq Vaşinqtonun planına uyğun şəkildə irəliləyib. Tramp isə cavabını uzun açıqlamalarla deyil, bir paylaşımla – əvvəl bombalar, sonra isə həbs görüntüsü ilə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR