İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyada GƏRGİNLİK - Prezident məzuniyyətini yarıda kəsdi: Xalqa müraciət hazırlanır

Latviya Prezidenti Edqars Rinkeviçs təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə məzuniyyətini yarıda kəsib.

Musavat.com xəbər verir ki, bu barədə LSM nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Rinkeviçsin şənbə günü dövlət başçısı vəzifəsinə gəldiyi gündən bəri ilk dəfə olaraq cəmiyyətə müraciət etmək imkanından istifadə edəcəyi planlaşdırılır.

Cümə günü səhər tezdən NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrulu üzrə missiyasının qırıcıları pilotsuz uçuş aparatını (PUA) vurublar. Dron meşəlik ərazidə vurulub, nəticədə xəsarət alan olmayıb.

Latviya hərbçiləri vurulan dronun xarici ölkəyə məxsus olduğunu bildirir və ehtimal edirlər ki, o, Rusiyanın HHM (Hava Hücumundan Müdafiə) vasitələrinin radioelektron maneələri səbəbindən Latviyanın hava məkanına daxil ola bilər. Bənzər insidentlərin Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi müddətdə baş verə biləcəyi daha əvvəl də bəyan edilib.

Dronlar dəfələrlə Latviyanın hava məkanına daxil olublar. May ayının əvvəlində pilotsuz uçuş aparatı Rezekne şəhərində neft bazasının ərazisinə düşmüşdü (çənlər boş idi). İyun ayında isə NATO-nun fransız qırıcıları Rezekne və Karsava şəhərləri arasında PUA vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR