İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin keçmiş tərəfdarından Maska çağırış: RT-ni bağla, Simonyan növbədə sənsən!

Amerikalı siyasi fəal, Laura Lumer X platformasının sahibi İlon Maskı Rusiyanın dövlət televiziya kanalı RT-nin hesabını bağlamağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lumer bununla bağlı sərt ifadələr işlədib. Onun sözlərinə görə, Rusiya və İranın dövlət mediasına ABŞ-ın sosial şəbəkələrində yer olmamalıdır.

Onun bu çağırışı İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən Tasnim News Agency agentliyinin X platformasında bloklanmasından sonra səslənib.

Lumer sosial şəbəkədə paylaşımında "Simonyan, növbə sənindir" ifadəsini işlədərək RT-nin baş redaktoru Marqarita Simonyana işarə edib.

Maraqlıdır ki, Laura Lumer əvvəllər mütəmadi olaraq Rusiyaya yaxın mövqedən çıxış edir və Kremlin siyasətini müdafiə edən bəyanatlar səsləndirirdi. İndi isə o, özü də Rusiya təbliğatının təsiri altına düşdüyünü iddia edir və RT-nin X platformasından çıxarılmasını tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR