İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml gizlətməyə başladı: Rusiyalı generallara sui-qəsdlər sirrə çevrilir

Rusiyada yüksək rütbəli hərbçilərə qarşı törədilən sui-qəsdlərlə bağlı rəsmi məlumatlar getdikcə məxfiləşdirilir. Son aylarda baş verən hadisələr göstərir ki, Kreml əvvəlki illərdən fərqli olaraq bu cür hücumların təfərrüatlarını ictimaiyyətə açıqlamaqdan yayınır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Moskvanın "Balzi Rossi" restoranı yaxınlığında baş vermiş partlayışdan bir neçə gün keçməsinə baxmayaraq, hakimiyyət hələ də hadisənin tam təfərrüatlarını açıqlamayıb.

Məlumata görə, partlayışın əsas hədəfinin Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı general-polkovnik Aleksandr Çayko olduğu ehtimal edilir. Hadisə nəticəsində onun kürəkəni Daniil Peredri həlak olub.

Nəşrin yazdığına görə, indiyədək nə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi, nə cinayət işinin detalları, nə də hücumun əsas versiyası rəsmi şəkildə açıqlanıb.

Məqalədə bildirilir ki, bu, son aylarda məlumatların gizli saxlanıldığı ikinci belə hadisədir.

Nəşr xatırladır ki, 2026-cı ilin fevralında Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsddən sonra Federal Təhlükəsizlik Xidməti qısa müddətdə Ukrayna vətəndaşı Lyubomir Korbanın, Rusiya Elmlər Akademiyasının sabiq əməkdaşı Viktor Vasinin, daha sonra isə onun oğlu Pavel Vasinin saxlanıldığını açıqlamışdı.

Bundan fərqli olaraq, 2026-cı ilin iyununda Balaşixada avtomobilinin partladılması nəticəsində həlak olan Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin zabiti Dəmir Davıdovun ölümü belə rəsmi şəkildə təsdiqlənməmişdi. Təhlükəsizlik orqanları yalnız "elmi-istehsalat müəssisəsinin əməkdaşına qarşı sui-qəsd" barədə ümumi məlumat yaymışdı.

2025-ci ilin fevralınadək vəziyyət tam fərqli olub.

Belə ki, 2024-cü ilin dekabrında Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun qətli ilə bağlı əsas şübhəli artıq ertəsi gün saxlanılıb və bu barədə rəsmi məlumat verilib.

Eyni qaydada, 2025-ci ilin aprelində öldürülən general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxs də hadisədən bir gün sonra saxlanılıb.

Həmçinin 2025-ci ilin dekabrında Baş Qərargahın Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarovun öldürülməsi faktı da həmin gün rəsmi şəkildə təsdiqlənibş, qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açıldığı elan edilib. Lakin bu iş üzrə sonradan saxlanılan şəxslər barədə məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR