Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında Konstitusiya Məhkəməsinin 4 yeni hakiminin təyin olunması barədə Prezidentin təqdimatı təsdiqlənib.
Musavat.com bildirir ki, layihə barədə deputat Nizami Səfərov məlumat verib.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunur.
Nizami Səfərov bildirib ki, Otari Qvaladze və Fərhad Tutayuk Prezident Administrasiyasının əməkdaşlarıdır. Rəşid Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub.
Səsvermədən sonra hakimlər kürsüdən and içiblər.
E.Paşasoy,
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ