İnsanlara hürriyət, millətlərə istiqlal!

“Konservatoriyaya onlayn dərs üçün müraciət etmişəm”

Xalq artisti Könül Xasıyeva pedaqoq kimi fəaliyyət göstərmək üçün Azərbaycan Milli Konservatoriyasına müraciət edib.

Bu barədə xanəndə "Qonaqcanlı" verilişində danışıb. O, onlayn tədris vermək istədiyini bildirib:

"Hər il oktyabrın 1-dən instaqram vasitəsi ilə muğamdan onlayn təhsil verirəm. Dərslərimə dünyanın hər yerində qatılırlar. Müəllim kimi işləmək üçün isə sentyabrın əvvəlində Azərbaycan Milli Konservatoriyasına müraciət etmişəm, cavab gözləyirəm. Orada da onlayn təhsil vermək istəyirəm. Çünki gedib-gəlmək mənim üçün çətindir. İnsan yaşının bir mərhələsinə çatır, istəyir ki, onun da tələbələri olsun. Tələbələrim var, öyrənirlər amma baxıram ki, o deyillər. Səs, diapazon, bəm, zil var, amma ürək yoxdur".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR