Onlayn ictimai-siyasi qəzet
Nepalda kütləvi dağıntılara və insan tələfatına səbəb olan güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı kəskin artaraq 734 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, ölkənin fəlakətlərin aradan qaldırılması idarəsinin yaydığı məlumata görə, həlak olanların 670-dən çoxu Nepalın, azı 16 nəfəri isə Çinin payına düşür.
Təbii fəlakət zonasında xilasetmə və axtarış tədbirləri ağır şəraitdə davam etdirilir. Hələ də aralarında xarici ölkə vətəndaşlarının da olduğu təxminən 3000 nəfərin taleyi naməlum qalır, onlar itkin düşmüş hesab olunurlar. Xilasedicilər Trişuli çayı üzərində yerləşən su-elektrik stansiyasının tunelinə hava vurur və sağ qalanları tapmaq ümidi ilə xüsusi dəliklər qazmağı planlaşdırırlar. İndiyədək stansiyanın 361 işçisi xilas edilib.
Bununla yanaşı, Nepal hakimiyyəti Çin sərhədi yaxınlığındakı Bhote-Koshi çayında suyun səviyyəsinin daha da artacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ