İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti vətəndaşlarını geri qayıtmağa çağırdı

Kolumbiya prezidenti Qustavo Petro ölkə vətəndaşlarına müraciət edərək, xaricdə yaşayan kolumbiyalıları geri dönməyə səsləyib.

Musavat.com xəbər verir ki, Petro Argentinada, Çilidə və ABŞ-da yaşayan kolumbiyalılara xitabən bildirib: “Kolumbiya vətəndaşlarını Argentinada, Çilidə və ABŞ-da yaşayırlarsa, vətənə qayıtmağa çağırıram. Burada onların yaşayışı daha yaxşıdır. Oradakı siyasi dəyişikliklər isə miqrantların maraqlarına uyğun deyil”.

Prezidentin sözlərinə görə, son dövrlər həmin ölkələrdə həyata keçirilən siyasi kurslar və miqrasiya siyasətində sərtləşmə xaricdə yaşayan kolumbiyalıların sosial və hüquqi durumuna mənfi təsir göstərə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR