İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti Trampın təhdidlərini rədd etdi: “Bu, xalq üsyanına səbəb olar”

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən təhdid və ittihamları qəti şəkildə rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Petro Trampın onu guya narkotik alveri ilə əlaqələndirməsinə cavab olaraq bildirib ki, bu iddialar əsassızdır və açıq böhtandır.

O, X sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ prezidentinə birbaşa müraciət edib.

“Mənə böhtan atmağı dayandırın, cənab Tramp. Əgər xalqımın böyük hissəsinin sevdiyi və hörmət etdiyi bir prezidenti saxlasanız, siz xalq üsyanının fitilini yandırmış olacaqsınız”, – deyə Petro yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR