İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Zelenskinin planları alt-üst oldu: Trampla işləmək istəyən diplomat tapılmır

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlara yeni səfir təyin etməkdə ciddi çətinliklərlə üzləşib, çünki heç kim Vaşinqtondakı bu "ən mürəkkəb vəzifəni" tutmaq istəmir.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, əvvəlcə bu post sabiq baş nazir Sviridenkoya təklif olunsa da, onun imtina etməsi Zelenskinin planlarını pozub.

Nəşr yazır ki, həmin vaxtdan bəri digər potensial namizədlər də Donald Trampın gözlənilməz qərarlar verən Ağ Evi ilə işləməyin həddindən artıq çətin olacağını bildirərək təklifləri geri çeviriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR