Onlayn ictimai-siyasi qəzet
"Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə trua unsiyası üçün 4 600 dolları keçib.
Bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 5:35-ə olan məlumata görə, qızılın qiyməti 1.21% artaraq, trua unsiyası üçün 4 600.3 dollara çatıb.
Saat 5:45-ə olan məlumata görə, füçerslərin qiyməti artımını ləngidib və trua unsiyası üçün 4 583.5 dollar səviyyəsində olub (0.84% artım).
Eyni zamanda, sentyabr ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti 0.57% artaraq, trua unsiyası üçün 68.49 dollar təşkil edib./Ajans.az/
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ