Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində kreditlərin verilməsi, daha doğrusu, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən veriləcək kreditlərə və özəl banklar tərəfindən veriləcək kreditlərə faiz subsidiyası mexanizmi artıq təsdiqlənib.
Musavat.com-un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, həm Aqrar Kredit və İnkişaf Agentliyi çərçivəsində, həm də Aqrar Sığorta Fondu çərçivəsində güzəştli kreditlər mexanizminin tətbiqi həyata keçiriləcək:
"AKİA çərçivəsində birillik bitkilərə ilk dəfə olaraq bu payız limitli şəkildə veriləcək kreditlərin, yəni birillik və mövsümi kreditlərin faizlərinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub".
Nigar Həsənli
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ