Onlayn ictimai-siyasi qəzet
Almaniyanın keçmiş kansleri Gerhard Şröder yenidən Rusiyada diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Şröder Moskvadakı “Globus” hipermarketlərindən birinə baş çəkib. Səfər zamanı çəkiliş qrupunun operatoru təsadüfən rəfə toxunub və bir neçə şampan şüşəsi yerə düşərək sınıb.
Şröderin Moskvaya səfərinin əsas səbəbi isə onun yeni biznes fəaliyyəti ilə bağlıdır. Almaniyanın keçmiş kansleri Rusiyada “Globus” mağazalarını idarə edən “Hyperglobus” şirkətinin müşahidə şurasına daxil olub. O, şirkətin uzunmüddətli inkişafında iştirak edəcək.
Şröderin Rusiya ilə əlaqələri uzun illərə gedib çıxır. 1998–2005-ci illərdə Almaniyanın kansleri olmuş siyasətçi vəzifədən getdikdən sonra Rusiyanın enerji sektorunda mühüm postlar tutub. O, “Nord Stream” layihəsinin rəhbər strukturlarında çalışıb, 2017-ci ildən “Rosneft”in direktorlar şurasına rəhbərlik edib. 2022-ci ildə bu vəzifədən ayrılıb.
Şröder Rusiya Prezidenti Vladimir Putinlə uzun illərdir yaxın şəxsi münasibətləri ilə də tanınır. Bu əlaqələr Almaniyada keçmiş kanslerə qarşı ciddi tənqidlərə səbəb olub. Buna baxmayaraq, o, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da Putinlə əlaqələrini tam kəsməyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ