İqbal RZAYEV,
Musavat.com
Onlayn ictimai-siyasi qəzet
Britaniya kəşfiyyatının keçmiş rəhbəri Aleks Yanqer "The Economist" nəşrinə verdiyi müsahibədə ABŞ və İran arasındakı gərginliyə toxunaraq maraqlı iddialar irəli sürüb.
Musavat.com xəbər verir ki, sabiq kəşfiyyat rəhbəri ABŞ-nin münaqişənin mürəkkəbliyini düzgün qiymətləndirmədiyini və təxminən iki həftə əvvəl təşəbbüsü itirdiyini bildirib.
Yanqerin sözlərinə görə, İran rəhbərliyi gözlənildiyindən daha dözümlü çıxıb, hərbi resursları savadlı şəkildə yenidən bölüşdürüb və hava zərbələrinə qarşı müdafiənin effektivliyini artırıb.
O qeyd edib ki, rəsmi Tehran hazırda "üfüqi eskalasiya strategiyası"ndan istifadə edir.
Bu strategiya çərçivəsində İran Körfəz ölkələrinə zərbələr endirir, ABŞ-yə təzyiq göstərir və Hörmüz boğazını təhdid etməklə enerji amilindən rəqiblərinə qarşı yararlanır.
Ekspertin fikrincə, məhz Hörmüz boğazı üzərindəki nəzarət bu münaqişədə İrana həlledici üstünlük qazandırır.
İqbal RZAYEV,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ