İnsanlara hürriyət, millətlərə istiqlal!

Karni Aİ və ASEAN-la əlaqələri prioritet etdi

ABŞ Prezidenti Donald Tramp baş nazir də daxil olmaqla, Kanada rəhbərliyini kloun adlandırdıqdan sonra Ottavadan onun fikirlərinə hər hansı şərh verilməyib.

Musavat.com xəbər verir ki, əvəzində Ottava ABŞ tariflərinin iqtisadiyyata mənfi təsirlərini aradan qaldırmaq üçün hərəkətə keçib.

Baş nazir Mark Karni Kvebekdəki çıxışında qeyd edib ki, Kanada hakimiyyəti bu payız Avropa İttifaqı ilə iqtisadi və təhlükəsizlik tərəfdaşlığını gücləndirmək üçün danışıqlara başlamaq niyyətindədir:

“Bu payızda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Avropa İttifaqı ilə iqtisadi və təhlükəsizlik tərəfdaşlığımızı gücləndirmək üçün fəal müzakirələrə başlayacağıq".

Onun hesablamalarına görə, Kanada şirkətləri "1,5 milyard istehlakçıya rüsumsuz giriş imkanı"ndan istifadə edirlər: "Növbəti altı ayda ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası – red.) ölkələri və Hindistanla yeni ticarət müqavilələri vasitəsilə bu rəqəmi ikiqat artırmağı gözləyirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR