Onlayn ictimai-siyasi qəzet
Venesuela parlamentindən yayımlanan canlı görüntülərə əsasən, ölkənin vitse-prezidenti Delsi Rodriqez rəsmi şəkildə müvəqqəti prezident kimi and içib.
Musavat.com xəbər verir ki, andiçmə mərasimi Milli Assambleyanın iclası zamanı baş tutub və bu addım ölkədə son günlər dərinləşən siyasi böhran fonunda atılıb.
Hadisə Nikolas Maduronun taleyi ilə bağlı sualların artdığı, Venesuelaya qarşı beynəlxalq təzyiqlərin gücləndiyi bir mərhələdə baş verir. Delси Rodriqesin hansı müddətə və hansı səlahiyyətlərlə ölkəyə rəhbərlik edəcəyi, eləcə də Maduronun statusu ilə bağlı rəsmi açıqlamaların yaxın saatlarda verilməsi gözlənilir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ