İnsanlara hürriyət, millətlərə istiqlal!

Kahramanmaraşdakı Azərbaycan məhəlləsindən son görüntülər – Video

2023-cü il fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində qurulan "Azərbaycan məhəlləsi" ilə bağlı yeni görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib. Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib.

Qeyd edək ki, 2023-cü il aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Layihə ilə bağlı əməkdaşlıq sazişi isə 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb.2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı keçirilib.

2025-ci il iyunun 19-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı olub və mənzillərin açarları sakinlərə təqdim edilib.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR