Onlayn ictimai-siyasi qəzet
İsveç Müdafiə Komitəsi öz hesabatında Rusiya ilə NATO arasında hərbi əməliyyatların "nisbətən tezliklə" başlaya biləcəyini fərz etməyi təklif edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, komitəyə səkkiz parlament partiyasının nümayəndələri, eləcə də dövlət qurumları və hakimiyyət orqanlarının ekspertləri və mütəxəssisləri daxildir.
Krallığın müdafiə inkişafının gələcək istiqamətini müəyyən edən sənəddə deyilir ki, "məsələn, 5-ci maddəyə uyğun olaraq NATO-nun birliyini və etibarlılığını sınamaq üçün Rusiyanın hərbi əməliyyatları nisbətən tezliklə başlamalıdır", lakin eyni zamanda vəziyyətin inkişafı Moskva üçün müəyyən "əlverişli siyasi şəraitdən" asılı olduğunu da qeyd edir.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi təcavüzə başladıqdan sonra İsveç hakimiyyəti ciddi panikaya qapılaraq təcili şəkildə NATO üzvü olmaq qərarına gəldi və bir ilin içində arzusuna çatdı. Bu ölkə Rusiyanı öz gələcəyi üçün potensial hərbi təhlükə görən dövlətlərin başında gəlir.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ