Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ