İnsanlara hürriyət, millətlərə istiqlal!

İstefadan cəmi İKİ GÜN SONRA... Sabiq səfirin sərvəti ÜZƏ ÇIXDI

Kiyev məhkəməsi Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stefanişina barəsində qətimkan tədbiri seçib.

Qərara əsasən, qanunsuz varlanmada təqsirləndirilən keçmiş diplomata 6 milyon qrivna (təxminən 134 min dollardan çox) məbləğində girov təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb.

Hətta Stefanişinanın vəkili məhkəmədən daha böyük girov məbləği - 10 milyon qrivna (223 min dollar), prokurorluq isə 13 milyon qrivna (290 min dollardan çox) tələb edib.

Qeyd edək ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları sabiq səfiri qanunsuz varlanmada və yalan bəyanat verməkdə ittiham edir.

İstintaqın məlumatına görə, o, Kiyevdəki iki mənzilini, onların təmir xərclərini, yaşayış sahəsinin icarəsini, "Mercedes-Benz" markalı avtomobildən istifadəsini, eləcə də təyyarə biletlərinin ödənişini və anasının müalicə xərclərini bəyannamədə göstərməyib.

Keçmiş diplomat Vaşinqtondakı vəzifəsindən istefa verdikdən cəmi iki gün sonra haqqında təhqiqat başladılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR