İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbula təcrübəyə gedən azərbaycanlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

İstanbulun Beşiktaş rayonunda dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşən Azərbaycan vətəndaşı xilas olunub.

Musavat.com xəbər verir ki, təcrübə keçmək üçün Türkiyəyə gələn Allahyar adlı şəxs dənizdə çimərkən təhlükəli vəziyyətə düşüb və huşunu itirib.

Hadisə şahidi olan şəxslər onu sudan çıxararaq sahilə gətiriblər. Tibb işçiləri əraziyə gələnədək ilk yardımı çimərlikdə olan bir tibb bacısı göstərib.

Daha sonra təcili tibbi yardım briqadası Allahyarı Seyrantepədə yerləşən Həmidiyyə Etfal Tədris və Tədqiqat Xəstəxanasına çatdırıb.

KİV-in məlumatına görə, Azərbaycan vətəndaşının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR