İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Baş Qərargah rəisi RƏSMƏN ELAN etdi: ABŞ İrana ZƏRBƏ endirəcək! CANLI

ABŞ-ın İrana hücumu qaçılmazdır.

Musavat.com İsrailin "Channel 13" telekanalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib.

İsrail ordusunda (İDF) hesab edirlər ki, ABŞ-nin Yaxın Şərqə əlavə bombardmançı təyyarələr və hərbi gəmilər göndərməsi üçün zamana ehtiyacı var və İranla aparılan danışıqlar nəticə verməyəcək.

İsrail ordusunun qiymətləndirməsinə görə, ABŞ İrana mümkün hərbi zərbədən əvvəl saatlar və ya günlər öncə xəbərdarlıq edəcək.

Eyni zamanda vurğulanır ki, Vaşinqton regiona əlavə hərbi qüvvələr cəlb etməyə hazırlaşır. Bu fonda İsrailin yüksək rütbəli rəsmiləri ABŞ-də hücum öncəsi koordinasiya məqsədilə danışıqlar aparırlar.

TV Musavat-ın saat 12:10-da "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı hüquqşünas Qulamhüseyn Əlibəylidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR