İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzanı 2 HİSSƏYƏ BÖLÜR

İsrail hərbçiləri Qəzza zolağında hərbçiləri və anklavın yaxınlığındakı yaşayış məntəqələrini hücumlardan qorumaq məqsədilə torpaq bənd (sədd) inşa edirlər.

Musavat.com xəbər verir ki, "Associated Press" (AP) agentliyinin peyk görüntülərinə istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri nəzarətdə saxladıqları ərazinin 50%-dən çoxunu zolağın qalan hissəsindən ayıracaq nəhəng torpaq baryer tökürlər.

Son aylar ərzində dağıdılmış yaşayış məntəqələrindən keçən 23 kilometrdən çox uzunluğunda sədd ucaldılıb. Bu isə anklavın ümumi 40 kilometrlik uzunluğunun yarısından çoxunu təşkil edir.

Torpaq sədd boyunca, həmçinin kəşfiyyat avadanlıqları da daxil olmaqla təhlükəsizlik zonası yaradılır. Lakin hərbi mənbələr bu istehkamların nə qədər uzanacağını dəqiqləşdirməkdən imtina ediblər.

İsrail Müdafiə Qüvvələrinin (İDF) nümayəndəsi agentliyə təsdiqləyib ki, torpaq işləri HƏMAS hərəkatı ilə 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasına əsasən İsrailin qoşunlarını çəkdiyi demarkasiya xətti (“sarı xətt”) boyunca aparılır.

Ehtimal olunurdu ki, bu xətt İDF-in növbəti geri çəkilməsinə qədər ərazinin müvəqqəti bölgüsünü əks etdirəcək. Lakin AP-nin izah etdiyinə görə, razılaşmanın icrası ləngiyib, HƏMAS silahsızlaşmaqdan imtina edib, İsrail qoşunları isə görünür, öz mövqelərini daha da möhkəmləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR