Onlayn ictimai-siyasi qəzet
Cəmi 7 gün əvvəl "Sora" adını verdiyi qızını qucağına alan məşhur aktrisa İrem Helvacıoğlunun qəza keçirdiyi iddia olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Helvacıoğlu və ailəsinin İstanbulun Bağdat prospektində qəza keçirdiyi iddia olunur. "Gossippasta" və "Nurmagazins" kimi sosial media səhifələrində paylaşılan məlumatlara əsasən, aktrisa, həyat yoldaşı Ural Kaspar və körpələri Sora ilə birlikdə gəzintidə olarkən motosiklet onları əzib.
İrem Helvacıoğlu və motosiklet sürücüsü xəstəxanaya aparılıb, hər ikisinin huşu yerindədir, uşağı isə gülsatan xilas edib.
Hazırda nə İrem Helvacıoğlu, nə də həyat yoldaşı Ural Kaspar tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Pərəstişkarlar isə aktrisanın və körpəsinin vəziyyəti ilə bağlı rəsmi təsdiq gözləyirlər.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ