Onlayn ictimai-siyasi qəzet
CBS telekanalı ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərində baş verən miqyaslı dağıntıların eksklüziv kadrlarını dərc edib. Amerikalı hərbçilər tərəfindən anonim şəkildə təqdim olunan fotolarda İranın raket və dron zərbələrinin nəticələri əks olunub.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanındakı "Prins Sultan" aviabazasında "Boeing E-3 Sentry" təyyarəsinin vurulduğu, həmçinin kazarmaların yandığı lentə alınıb.
Beton müdafiə sədləri havadan edilən hücumların qarşısında yetərsiz qalıb. Bununla yanaşı, Küveytdəki "Kemp-Bürinq" bazasına da ciddi ziyan dəyib.
Pentaqonun baş müfəttişinin yeni hesabatına əsasən, İranla münaqişədə ABŞ hərbi texnikasına dəyən zərər 3,7 milyard dollara çatıb. Bura 60-a yaxın təyyarə də daxildir. İranın zərbələri regionun səkkiz ölkəsində yerləşən ABŞ obyektlərinə zərər vurub. ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ