İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın mövqeyi sərtləşdi: nə razılaşma var, nə də güzəşt

İranın ABŞ-la münasibətlərdə sərt xətti davam edir və rəsmi Tehran geri addım atmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqtonun irəli sürdüyü 15 təklifin heç birinə cavab verilmədiyini bildirib.

Nazirin sözlərinə görə, ABŞ tərəfindən müxtəlif kanallarla mesajlar göndərilsə də, bu, rəsmi danışıqlar demək deyil. Araqçi vurğulayıb ki, hazırda heç bir tərəflə rəsmi danışıqlar aparılmır və bütün təmaslar yalnız mesaj mübadiləsi səviyyəsindədir.

O qeyd edib ki, bu mesajlar əsasən xəbərdarlıq və mövqe mübadiləsi xarakteri daşıyır və İran Xarici İşlər Nazirliyi tərəfindən, güc strukturları ilə koordinasiyalı şəkildə qəbul edilir.

Araqçi əlavə edib ki, Tehran atəşkəsə razı deyil və yalnız bölgədə müharibənin tam dayandırılması halında hər hansı addımı nəzərdən keçirə bilər. Bu isə İranın mövqeyinin daha da sərtləşdiyini göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR