İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranda kimin güclü mediası varsa...”-Mahmud Bilgin

“Güney Azərbaycanda etirazlar bu gün yenidən alovlanacaq, mühüm proseslər baş verəcək”.

Bu sözləri Musavat.com-a açıqlamasında İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Picture background

O qeyd edib ki, Azərbaycan Siyasi Təşkilatları Əməkdaşlıq Şurası müxtəlif şəhərlərdə azərbaycanlıları küçələrə çıxmağa çağırış edib:

“Məlum olduğu kimi, çərşənbə günü Təbrizin mərkəzində bazarın bağlanması və digər Cənubi Azərbaycan şəhərlərində – Ərdəbil, Zəncanda bazarların bağlanması – Güney Azərbaycanda etirazların başlanması üçün siqnal verdi. Biz bunu gözləyirdik və ona görə də Güney Azərbaycan Demokrat Partiyası olaraq bazarın bağlanması ilə bağlı çağırışlar etdik. Bu gün isə Azərbaycan Siyasi Təşkilatları Əməkdaşlıq Şurası müxtəlif şəhərlərdə azərbaycanlıları küçələrə çıxmağa çağırıb. Əlbəttə ki, etirazlar səngiməyəcək və getdikcə daha da genişlənəcək. Düşünürəm ki, bu gün çox ciddi proseslər baş verəcək”.

Mahmud Bilgin qeyd edib ki, İran rejiminin Güney Azərbaycanda interneti kəsməsi müəyyən problemlər yaradıb:

“İnternetin qəsdən kəsilməsi əlbəttə ki, çətinliklər yaradır, fəallar bir-biri ilə əlaqə qurmaqda çətinlik çəkirlər. Lakin baxaq görək, bu proses necə davam edəcək. Əlbəttə ki, müəyyən nailiyyətlər əldə olunacaq.

Ayın 8 və 9-u Pəhləvinin çağırışı ilə insanların küçələrə çıxdığı deyilməsi düzgün deyil. Pəhləvi bundan əvvəl də çağırışlar etmişdi, lakin heç kim ona qulaq asmamışdı. Pəhləvi gördü ki, Tehran bazarı bağlandı və etirazlar genişləndi; bilir ki, belə şəraitdə insanlar küçələrə çıxacaq və öz qüvvələri ilə çalışır ki, insanlara rəhbərlik etsin. Lakin Pəhləvinin gücü yoxdur və bu, aydındır ki, dərinləşməyəcək.

Göründüyü kimi, Cənubi Azərbaycanda etirazlar hələ ki genişlənməyib – yüzlərlə insan etirazlara çıxıb və bu etirazlarda biz Pəhləviyə qarşı şüarlar da gördük. Lakin Pəhləvinin qüvvələri çalışır ki, media vasitəsilə etirazçıları ələ alsınlar.

Picture background

Pəhləvi yenə də etirazçıları çağıraraq görüntü yaratmağa çalışır ki, guya rəhbərlik onun əlindədir. Halbuki insanlar fars rejiminə qarşı nifrət duyurlar və bu nifrət çoxluq təşkil edir. Yəni İran rejiminə nifrət edən insanların sayı 90 faiz təşkil edir. Bu nifrəti göstərmək üçün fərq etməz kim çağırır – insanlar küçələrə çıxacaqdılar”.

Mahmud Bilginin fikrincə, müəyyən mərhələdə Pəhləvinin qüvvələri etirazları ələ ala bilər:

“Yəni bu, siyasi meydandır- kimin güclü mediası varsa, o daha çox təsir göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, türklər, kürdlər və ərəblər öz möhürlərini vuracaqlar. Əlbəttə ki, İran rejiminin gələcəyi yoxdur və bununla da rejimin içində müəyyən dəyişikliklər ola bilər – yəni Xameneinin getməsi ilə nəticələnə bilər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR