İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar qurbanlarının sayı 4 900-ü keçdi – hüquq müdafiəçiləri  

 İranda iqtisadi səbəblərdən başlayan etiraz aksiyaları nəticəsində ölənlərin sayı 4 902 nəfərə çatıb, bunların arasında 197 hüquq-mühafizə orqanlarının əməkdaşı da var.

Musavat.com xəbər verir ki, "Human Rights Activist News Agency" (HRANA) xəbər agentliyinin məlumatına görə, qarışıqlıq zamanı 26 541 nəfər saxlanılıb. ABŞ-ın Virciniya ştatında yerləşən HRANA agentliyi bir gün əvvəl İranda etirazlar zamanı 4 519 nəfərin həyatını itirdiyini xəbər vermişdi.

Qeyd edək ki, etiraz aksiyaları 2025-ci il dekabrın 28-də Tehran şəhərindəki tarixi “Grand-bazar”da başlayıb və ölkə üzrə sürətlə yayılıb. Mütəxəssislər vəziyyəti “ən geniş miqyaslı sosial etiraz dalğası” kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR