Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüzqan vilayəti səmasında Birləşmiş Ştatlara məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatını məhv etdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, İran tərəfinin iddiasına görə, PUA SEPAH-ın yeni hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək zərərsizləşdirilib.
Bəyanatda vurğulanır ki, bu əməliyyat İranın vahid milli hava hücumundan müdafiə şəbəkəsi çərçivəsində uğurla həyata keçirilib.
Eyni zamanda, İran Dövlət Televiziyası bundan əvvəl vurulduğu iddia edilən "Hermes 900", "MQ-9" PUA-larının və qanadlı raketlərin qalıqlarını nümayiş etdirən kadrları yayımlayıb.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ