Onlayn ictimai-siyasi qəzet
İran mediası aprel ayında vurulduğu iddia edilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15E" qırıcı təyyarəsinin qalıqlarının fotosunu dərc edib.
Musavat.com xəbər verir ki, ABŞ-yə məxsus "F-15E Strike Eagle" qırıcı-bombardmançı təyyarəsi 2026-cı ilin aprel ayının əvvəlində İran ərazisi üzərində vurulub.
İnsidentdən dərhal sonra ABŞ tərəfi genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirib və hər iki pilotu uğurla təxliyə etməyə müvəffəq olub.
Məlumata görə, heyətin hər iki üzvü katapult edərək sağ qala bilib. Təyyarənin pilotu insidentdən sonrakı ilk saatlarda təxliyə edilib. Heyətin ikinci üzvü - silahlanma üzrə zabit (polkovnik rütbəsində) isə təxminən iki gün ərzində dağlıq ərazidə gizlənməyə məcbur olub. O, daha sonra ABŞ xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində sağ-salamat xilas edilib.
Musavat.com

20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ