Onlayn ictimai-siyasi qəzet
İranda təhlükəsizlik qüvvələrinin içərisində Əfqanıstan vətəndaşları olan avtomobilə atəş açması nəticəsində miqrantın öldüyü və yaralandığı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə yerli insan haqları təşkilatı "Haalvsh" məlumat yayıb.
Təşkilatın açıqlamasına görə, hadisə fevralın 24-də, çərşənbə axşamı günü Sistan və Bəlucistan vilayətində baş verib.
İddia olunur ki, İran qüvvələri avtomobili saxlamaq üçün hər hansı qanuni xəbərdarlıq etmədən onu təqib edib və birbaşa nəqliyyat vasitəsinə atəş açıblar.
Atəş nəticəsində avtomobil aşıb və yanmağa başlayıb.
Məlumata görə, hadisə zamanı iki nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb. Yaralılardan altısının vəziyyətinin ağır olduğu bildirilir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ